Somalidə terror aktında ölənlərin sayı 21-ə çatıb

Somalidə terror aktında ölənlərin sayı 21-ə çatıb
DÜNYA
23:10 24.09.2023
152

Somalinin mərkəzində nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Bu barədə Somali polisi Əhməd Yare Adan bildirib.

"Binaların dağıntıları altında yeni meyitlər aşkar edildikdən sonra partlayış nəticəsində ölənlərin sayı 13-dən 21-ə yüksəlib”, - polis əməkdaşı açıqlayıb.

Bundan əlavə, azı 45 nəfər yaralanıb. İtkin düşənlərin axtarışı davam edir.

Qeyd edək ki, sentyabrın 23-də Beledveyn şəhərində nəzarət-buraxılış məntəqəsində partlayış baş verib. Kamikadze partlayıcılarla dolu yük maşını idarə edib. Hadisə nəticəsində onlarla insan kərpic və beton qalaqları altında qalıb./report

OXŞAR XƏBƏRLƏR