Somalidə vəziyyət düzəlmir! Daha 750 min insan aclıqdan ölə bilər

Somalidə vəziyyət düzəlmir! Daha 750 min insan aclıqdan ölə bilər
Bütün Xəbərlər
02:19 07.09.2011
1583
Somalidə kütləvi aclıq ölkənin daha çox rayonlarına yayılmaqdadır. Birləşmiş Millətlər Təşkilatının "qara siyahısı"na daxil edilmiş 5 cənub əyalətinə daha biri əlavə edilib. BMT-nin hesablamalarına görə, Somalidə 4 milyon adamın ərzaq yardımına ehtiyacı var, onlardan 750 mini aclıqdan ölmə təhlükəsi ilə üz-üzədir. Somali "Afrika Buynuzu" dövlətlərindən hökm sürən quraqlıqdan ən çox əziyyət çəkən ölkədir. BMT-nin məlumatlarına görə, burada 12 milyon adamın təcili ərzaq yardımına ehtiyacı var.
OXŞAR XƏBƏRLƏR