Son 10 gündə Qəzzada 647 fələstinli həyatını itirib

Son 10 gündə Qəzzada 647 fələstinli həyatını itirib
DÜNYA
15:15 04.06.2024
113
İsrail ordusunun Qəzza zolağına son 10 gündə həyata keçirdiyi hücumlarda 647 fələstinli həyatını itirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlama ilə son 10 gündə 2 min 539 nəfər yaralanıb, 647 nəfər isə həyatını itirib.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya başlatdığı hücumlarda 242 gündə ölənlərin sayı 36 min 550, yaralıların sayı isə 82 min 959-a yüksəlib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR