Son 10 ildə simasını dəyişən azərbaycanlılar – Onlar kimlərdir?..

Son 10 ildə simasını dəyişən azərbaycanlılar – Onlar kimlərdir?..
SİYASƏT
15:26 18.01.2019
11914
"Facebook"da başlayıb "instagram" və "twitter"də yayılan #10yearchallenge trendi sosial media gündəmini zəbt edib. Aksiyaya bir neçə gün ərzində milyonlarla insan qoşulub. Onlar indi və 10 il əvvəlki görüntülərini paylaşaraq tarixə səyahət edirlər.

Səs-küylü layihə hesab ediləcək bu addımı ilk dəfə 2019-un 11 yanvarında amerikalı meteoroloq Damon Lane atıb. O, paylaşıma " Qocalığın çətinliyinə meydan oxuyuram. 10 il əvvəlki görüntünüzlə indiki halınızı bir araya gətirin və paylaşın”, - şərhini yazıb.

AZXEBER.COM son 10 ildə təkcə görkəmini deyil, həm də siyasi simasını dəyişən şəxslərlə bağlı araşdırma aparıb.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli düz 10 il öncə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü idi.
 

 


O zamanlar Azərbaycan iqtidarını ciddi cəhdlə müdafiə edən, hakimiyyətə ünvanlanmış ən xırda tənqidi belə hiddətlə qarşılayan G.Hacılbəylinin düz 10 il öncə dediyi bir fikri yada salaq: "Radikal müxalifət liderləri terrorçuları və casusları cəmiyyətə siyasi məhbus kimi sırıyırlar”.

"Ziyalılar Forumu”nun üzvü Əkrəm Əylisli 10 il öncə Milli Məclisin deputatı idi. "Daş yuxular” adlı romanı ilə cəmiyyətin nifrətini qazanan, erməniləri mədh edən fikirlər səsləndirən Ə.Əylislinin 10 il öncə söylədiyi bu fikirlər onun simasını aydın şəkildə ortaya qoyur: "Azərbaycanda müxalifət yoxdur, sadəcə aqressiv qüvvələr var”.

 

 
"Ziyalılar Forumu”nun digər üzvü Rüstəm İbrahimbəyov 10 il öncə hakimiyyətin alovlu təbliğatçılarından idi. "Qafqaz üçlüyü” filmində soydaşlarımızı aşağılayıb, erməniləri sülhsevər xalq kimi təqdim edən R.İbrahimbəyov sonradan müxalifətə qoşulsa da, 10 il öncə iqtidarı tənqid edən insanları düşüncəsiz adlandırırdı: "Mənasız işlərlə məşğul olanlardan danışmağa dəyməz”.

Milli Şuranın sədri Cəmil Həsənli 10 il öncə Milli Məclisin deputatı idi. Halbuki bu deputatlıq ona illərdir üzvü olduğu partiyanı tərk etmək bahasına başa gəlmişdi. Sədr müavini olduğu AXCP-nin parlamentə getməməklə bağlı qərarına baxmayaraq, mandatı üstün tutan C.Həsənli hətta buna görə partiyadan qovulmuşdu da. 2010-cu ildə deputat seçilməyəndən sonra yenidən müxalifətə qayıdıb.
 

 


Bir müddət xaricdə oturub xalqdan oğurladığı pulların hesabına dövlətçilik əleyhinə fəaliyyət göstərən, sonradan Türkiyədə həbs edilərək Bakıya gətirilən Hüseyn Abdullayev 10 il öncə Milli Məclisin deputatı idi. Ənənəvi müxalifət qüvvələrinin "düşmən” saydığı "Quska” ləqəbli sabiq deputatı mitinqləri zorakı üsullarla dağıtmaqda ittiham edirdilər.

Hazırda ABŞ-da oturub dövlətçilik əleyhinə fəaliyyət göstərən, təxribatçı verilişlər hazırlayıb cəmiyyəti hakimiyyətə qarşı yönəldən jurnalist Sevinc Osmanqızı da 10 il öncə iqtidara yaxın idi. ANS TV-də yayımlanan "Cümə” və "Cümə söhbəti” verilişlərinin müəllifi və aparıcısı olan S.Osmanqızı Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri olaraq fəal ictimai fəaliyyət göstərir, müxalifəti tənqid edən reportajlar hazırlayırdı.
 

 


Azərbaycan cəmiyyətində "qiyamçı səfir” kimi məşhurlaşan Arif Məmmədov 10 il öncə Azərbaycan Respublikasının Avropa Şurası yanındakı Nümayəndəliyinin rəhbəri idi. Ardınca Xarici İşlər Nazirliyinin rəisi və İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyindəki səfiri işləyən A.Məmmədov həmin zamanlar ənənəvi müxalifəti kəskin tənqid etsə də, sonradan dövlətinə və daşıdığı statusa xəyanət etdi.

"Oyan” adlı hərəkat yaradaraq, "qum saatı” və bu kimi sarsaq ideyalarla gündəmə gəlib, iqtidara qarşı radikal çıxışları ilə diqqət çəkən Nahid Cəfərov da 10 il öncə iqtidardaydı. Diplomatik təhsil alan N.Cəfərov sonradan Xarici İşlər Nazirliyi İnsan Hüquqları və Demokratiya İdarəsində attaşe, Azərbaycanın Niderlandda konsulu işləyən N.Cəfərov bir müddət sonra öz əqidəsinə dönük çıxdı.
 
Eynən tülkü misalında olduğu kimi, "Balanı verməsən, ağacı kəsəcəm” taktikasını işə salıb, sonda "quyruğunu qapı arasında qoyan” Elşad Abdullayev 10 il öncə Azərbaycan Beynəlxalq Universitetinin rektoru idi. Bununla yanaşı Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Hüquq Ekspert Şurasının sədri olan "vətənpərvər müxalifətçi”nin başı həmin dönəmlər "şıdırğı pul yığımına” qarışmışdı. Şərləmə, oğurlama devizi ilə yaşayan E.Abdullayev sonradan yolunu Avropadan saldı və "söyüş makinası” işə düşdü.

Azər Niftiyev, 
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR