Megan Foks, Skarlet Yohansson və ya əzəli rəqibi Ancelina Coli deyil, 10 ilin ən cazibədar xanımı Cenifer Eniston oldu. Əslində 42 yaşlı aktrisa mütəmadi olaraq saxladığı pəhriz və idmanın ödülünü alıb.
Gecəyə şıq, ancaq sadə "Azzedine Alaia" imzalı paltarla, "Manolo Blahnik"dən olan hündürdaban ayaqqabıları ilə qatılan Hollivud gözəli yenə göz qamaşdırıb.
Xatırladaq ki, romantik komediyaların vaz keçilməz üzü olan Eniston karyerasına 1994-cü ildə "Friends" serialı ilə start vermişdi. Və bir anda bütün dünyanın sevdiyi bir ismə çevrilmişdi.
Qadının silahı onun gözəlliyidir./// oxu məni