“Son 15 ilin uğurları düşünülmüş strategiyanın nəticəsidir” – Millət vəkili

“Son 15 ilin uğurları düşünülmüş strategiyanın nəticəsidir” – Millət vəkili
Siyasət
13:07 16.10.2018
2660

"Son 15 il ərzində Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş yüksəlişə nail olub, dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatı kimi özünü təsdiqləyib. Bu illərdə ölkə həyatında baş verən dəyişikliklərə, nailiyyətlərə nəzər salsaq, istər daxili, istərsə də xarici siyasətdə əldə edilən hər bir uğurun Ulu öndər Heydər Əliyev zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürü olduğunu aydın görərik”.


Bu sözləri Azadinform-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. 

Millət vəkili bildirib ki, ölkədə sabitlik hökm sürür və Azərbaycan düzgün yolda irəliləyir: "Ulu öndər Heydər Əliyevin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin dediyi kimi - "Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir. Ona görə də siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir”. Bu gün hamımızın qürur mənbəyinə çevrilən Azərbaycan 15 il ərzində qlobal kataklizmlərlə çalxalanan regionda multikulturalizmin qalasına çevrilib, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edərək kosmik dövlətlər sırasına daxil olub. Son 9 ayda baş verənlər bugünkü reallığın ən bariz nümunəsidir”.

Millət vəkilinin fikrincə, Azərbaycanın qüdrətinin artması, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, ordunun döyüş qabiliyyətinin yüksəlməsi də ötən dövrün ən əlamətdar nailiyyətləri sırasında layiqli yer tutur: "Azərbaycanın dünyada ən təhlükəsiz, sabit ölkələrdən biri olması etiraf olunur. Bu gün qürur hissi ilə deyə bilərik ki, insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş, hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında, onun möhkəm təməllərinin qoyulmasında görkəmli dövlət xadimi, cənab İlham Əliyevin xidmətləri əvəzsizdir. Ölkə başçısının xalqının sevgisini qazanmasını şərtləndirən əsas şərtlərdən biri də əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir təhsil və səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində aparılan ardıcıl addımlardır. Məhz xalqının mənafeyindən irəli gələn siyasət nəticəsində son 15 ildə ölkədə xeyli məktəb binası tikilib və ya yenidən qurulub, geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Təkcə paytaxtda deyil, bölgələrdə səhiyyə islahatları uğurla reallaşdırılıb. Prezidentin təşəbbüsü ilə dünya praktikasında rast gəlinməyən əhalinin pulsuz tibbi müayinəsi aksiyaları həyata keçirilir. Nümunəvi ictimai və sosial xidmət sahələrində innovativ yanaşmaları ilə ölkəmiz dünyanın bir çox dövlətlərinə nümunə olur”.

N.Həmzəyev bildirib ki, ölkə əhalisinin ən həssas təbəqəsi – doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin ən vacib prioritetinə çevrilib: "Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırıb. Bu gün Azərbaycanın regionları bütün zəruri infrastrukturla təmin olunub. Prezidentin tapşırığına əsasən, ölkənin bütün bölgələrinin mavi yanacaqla təmin olunması yolunda işlər gedir. Artıq ölkə əhalisinin böyük hissəsi təbii qazdan istifadə edir. Kəndlərə içməli su xətləri çəkilir, yeni yollar salınır və ya əsaslı təmir olunur. Dövlət başçısının regionlara səfərləri, ictimaiyyətlə görüşləri, yerlərdə inşa olunan müasir ictimai-sosial obyektlərin, istehsal müəssisələrinin açılışlarında şəxsən iştirakı ənənəvi xarakter alıb. Sevindirici haldır ki, qazanılan uğurlarla yanaşı, ölkəmiz gələcək hədəflərə - iqtisadiyyatın, əhalinin rifah halının daha da yüksəlməsinə, ölkənin regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsinə doğru əmin addımlarla uğurla irəliləyir. Müstəqilliyimizin əbədiyaşar olması üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların yeni mərhələsi ölkəmizə daha böyük nailiyyətlər qazandıracaq, ölkə vətəndaşları müstəqil dövlətin yaratdığı bütün imkanlardan bəhrələnəcəklər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
00:55 09.08.2025
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi