Qəzza zolağı və İordan çayının qərb sahilində humanitar vəziyyətlə bağlı dərc olunan hesabatda son bir ayda 160-dan çox uşağın öldürüldüyü qeyd edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi (UNRWA) açıqlama verib.
Hesabatda İsrailin həyata keçirdiyi hücumlar nəticəsində Qəzzada strukturların 70 faizinin zədələndiyi və ya dağıldığı, təhsil və səhiyyə infrastrukturunun ciddi şəkildə zərər gördüyü vurğulanıb.
UNRWA-nın məlumatına görə, Qəzzada məktəblərin 88 faizi hücumlar nəticəsində zərər görüb.
Uşaqların psixoloji durumu ilə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, uşaqların 96 faizi ölümün qaçılmaz olduğunu düşünür.
Bununla yanaşı, UNRWA beynəlxalq ictimaiyyəti bölgədəki humanitar böhranın həlli üçün daha çox dəstək və yardım göstərməyə çağırıb.
Oksana