SON DƏQİQƏ! Azərbaycan Premyer Liqası bitdi: Çempion elan edildi

SON DƏQİQƏ! Azərbaycan Premyer Liqası bitdi: Çempion elan edildi
İDMAN
12:41 18.06.2020
1969

 

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

AZXEBER.COM-un xəbərinə görə, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri – Kazbek Tuayev, İsgəndər Cavadov, Elmar Məmmədyarov, Mahir Məmmədov, Firudin Qurbanov, Zaur Axundov və Könül Mehtiyeva, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iştirak ediblər.

 

COVID-19 qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış, iyunun 21-də bərpa olunması nəzərdə tutulan Azərbaycan Premyer Liqasının oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin müzakirə olunduğu iclasda PFL-in prezidenti Ramin Musayev və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko çıxış ediblər. Ardınca İcraiyyə Komitəsinin bütün üzvləri qeyd olunan məsələ haqqında fikirlərini səsləndiriblər. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və ən əsası, futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası dayandırılsın. Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilsin (12 səs lehinə, 1 səs əleyhinə).

2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılsın.

COVID-19 qlobal pandemiyası ilə əlaqədar cari lisenziyalaşdırma mövsümündə klublara müvafiq maddi cərimələrin tətbiq olunmaması ilə bağlı AFFA rəhbərliyi tərəfindən irəli sürülən təklif qəbul olunsun.

2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməsin.
 
Qeyd: COVID-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara və tövsiyələrə riayət etməklə klublar məşqlərini davam etdirə bilər.

Beləliklə, bu qərara əsasən, hazırkı turnir cədvəlinə uyğun olaraq lider "Qarabağ” Azərbaycan çempionu olub. "Neftçi” gümüş, "Keşlə” bürünc medalı qazanıb.

2020/21 mövsümündə "Qarabağ” Azərbaycanı Çempionlar Liqası, "Neftçi”, "Keşlə” və dördüncü yerin sahibi "Sumqayıt” isə Avropa Liqasında təmsil edəcək.


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir