SON DƏQİQƏ! Azərbaycanda Qafqaz Universiteti bağlandı

SOSİAL
14:00 20.07.2016
7992
Son dəqiqə! Azərbaycanda Qafqaz Universiteti bağlandı!
Bu haqda AZXEBER.COM-a universitetdə təhsil alan tələbələr məlumat verib.
***

“Qafqaz” Universitetinin təsisçisi Azərbaycanın Təhsil Nazirliyinə müraciət edərək, bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Təhsil Nazirliyindən verilən məlumata görə, nazirlik bununla bağlı bildirir ki, müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra “Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. (lent.az)

OXŞAR XƏBƏRLƏR