Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradıldı

Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradıldı
SİYASƏT
17:16 11.10.2021
6164
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb.

AZXEBER.COM xəbər verir ki, Fərmanla Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:

- İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;

- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki "Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.

3. Müəyyən edilsin ki:

3.1. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi informasiya kommunikasiya texnologiyaları və rabitə sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir;

3.2. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini (o cümlədən nəzarət və tənzimləməni) təmin edən, yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirləri, elmi, elmi-texniki, innovasiya fəaliyyətini və müvafiq sınaq təcrübələrini həyata keçirən, fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən, innovasiya yönümlü elmi tədqiqatları və innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onlara maliyyə dəstəyi verən və innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir;

3.3. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumların hüquqi varisidir, həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir;

3.4. bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 3 (üç) üzvdən – sədr və onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır;

3.5. bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin İdarə Heyətinin sədrini və müavinlərini Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifəyə təyin və vəzifədən azad edir;

3.6. bu Fərmanın 5.7-ci bəndi nəzərə alınmaqla, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir;

3.7. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti, habelə fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir.

4. Bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Prezidentinə:

4.1.1. nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlarda dəyişiklik edilməsi;

4.1.2. idarəetmə orqanlarının yaradılması;

4.1.3. yenidən təşkili və ləğvi;

4.2. Nazirliyə:

4.2.1. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin layihəsini və nizamnamə fondunun miqdarı barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxslərin yaradılması, habelə rəqəmsallaşma, innovasiyalar, yüksək texnologiyalar və rabitə sahələrinin inkişafı ilə əlaqədar normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.3. "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.4. dövlət informasiya ehtiyatlarının və sistemlərinin bu Fərmanın 5.3-cü bəndində nəzərdə tutulan Nümunəvi Əsasnaməyə uyğunlaşdırılması məqsədilə altı ay müddətində zəruri tədbirlər görsün;

5.5. Nazirliyin təklifləri nəzərə alınmaqla, sabit genişzolaqlı şəbəkədən istifadə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iştirakının Azərbaycan Respublikasının regionları üzrə genişləndirilməsi və istehlakçıların genişzolaqlı internetlə təmin olunması istiqamətində zəruri tədbirlər görsün;

5.6. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumların balansında olan əmlakın Agentliyin balansına verilməsi üçün tədbirlər görsün;

5.7. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin 2021-ci ildə saxlanılması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi ilə bağlı tədbirlər görsün;

5.8. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2021-ci ildə saxlanılması xərclərinin bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumlar üçün cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulması ilə bağlı tədbirlər görsün;

5.9. dövlət qeydiyyatına alındığı gündən bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin maddi-texniki təminat məsələlərini bir ay müddətində həll etsin;

5.10. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Nazirlik:

6.1. bu Fərmanın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

6.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, bu Fərmanın 2.2-ci bəndində göstərilən qurumlar öz fəaliyyətini davam etdirsinlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan Beynəlxalq Hava Yolları Ər-Riyada uçuşları dayandırıb
18:08 09.10.2026
Pakistan Beynəlxalq Hava Yolları Ər-Riyada uçuşları dayandırıb
Həkim: Düzgün qidalanma görmə zəifliyinin qarşısını təkbaşına almır
17:55 09.10.2026
Həkim: Düzgün qidalanma görmə zəifliyinin qarşısını təkbaşına almır
Kubalı voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində sağalaraq idmana qayıdıb
17:45 09.10.2026
Kubalı voleybolçu Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzində sağalaraq idmana qayıdıb
Bu bürclər heç vaxt uğur qazana bilmir
17:35 09.10.2026
Bu bürclər heç vaxt uğur qazana bilmir
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
17:13 09.10.2026
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
17:03 09.10.2026
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
16:54 09.10.2026
Binalardakı gizli təhlükə – Ekspertdən XƏBƏRDARLIQ
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
16:34 09.10.2026
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
16:22 09.10.2026
Məktəblərdə vahid geyim formaları ilə bağlı - RƏSMİ AÇIQLAMA
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
16:01 09.10.2026
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
15:54 09.10.2026
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
15:30 09.10.2026
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
"Xəzərin taleyi Volqadan başlayır"
15:19 09.10.2026
"Xəzərin taleyi Volqadan başlayır"
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
14:49 09.10.2026
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
14:34 09.10.2026
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
14:27 09.10.2026
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR