Son dəqiqə! Ermənilər Tərtəri atəşə tutur, 4 dinc sakin yaralandı

SOSİAL
03:44 28.04.2016
4730

Ermənistan silahlı qüvvələrinin cəbhədəatəşkəsi pozması nəticəsində mülki şəxslər arasında yaralananların sayı artıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Ağdamda qarşı tərəfin açdığı atəş nəticəsində daha üç dinc sakin yaralanıb.

Ağdamın Çəmənli kənd sakini,1984-cü il təvəllüdlü Anar Abdullayev kürək nahiyəsindən, Qaradağlı kənd sakini 1985-ci il təvəllüdlü Elgiz Qarayev baş nahiyəsindən yaralanıb. Və38 yaşlı Elnur Məmmədov yaralanıb.

Hər üç yaralıAğdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Saat 03:00-a olan məlumat: Ermənilər fərdi yaşayış evlərini artilleriya atəşinə tutur.

Mərmilərdən birinin yaşayış evlərindən birinə düşməsi nəticəsində 1 nəfər yaralanıb. Ağdamın Əfətli kənd sakini, 38 yaşlı Elnur Məmmədov yaralanıb.

Yaralı Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Cəbhədə Ermənistan silahlı qüvvələrinin artilleriya hücumu davam edir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, artilleriya mərmilərindən biri Tərtər şəhərinin Hüsü Hacıyev küçəsinə düşüb.

Bundan başqa, mərmilərdən biri Əskipara kəndində fərdi yaşayış evlərindən birinə düşərək evə ciddə ziyan vurub. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Sarıcallı kənd icra nümayəndəsi ANS PRESS-in bölgə müxbirinə xəbər verib ki, ermənilərin atdığı artilleriya mərmisi yaşayış evlərindən birinə düşüb.

OXŞAR XƏBƏRLƏR