Son dəqiqə! Gədəbəy İcra Hakimiyyətinin binası yanır

Son dəqiqə! Gədəbəy İcra Hakimiyyətinin binası yanır
SOSİAL
00:47 27.11.2023
485
Gədəbəy rayon İcra Hakimiyyətinin binasında yanğın olub.

AZXEBER.COM-un Report-a istinadən məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Yanğın binanın 2-ci mərtəbəsində qeydə alınıb. İlkin məlumata görə, zalda olan kompüter və bir neçə əşya yanıb. Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR