BAKU AZƏRBAYCAN
14°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

İrandan Azərbaycana gələn 23 nəfər karantinə alındı

İrandan Azərbaycana gələn 23 nəfər karantinə alındı
SOSİAL
18:36 25.02.2020
3714

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb. 

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək. Onların əksəriyyəti İrana ziyarətə gedənlərdir", - məlumatda qeyd olunub.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələr vasitəsiilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

OXŞAR XƏBƏRLƏR