Lənkəranda meşədə yanğın başladı

Lənkəranda meşədə yanğın başladı
SOSİAL
17:27 03.08.2021
4246

"Lənkəranda güclü yanğın başlayıb".

AZXEBER.COM xəbər verir ki, bu haqda tanınmış bloqer Ertoğrul Kamallı sosial şəbəkədə məlumat verib.

O bildirib ki, yanğın Osaküçə kəndinin yaxınlığında meşə massivində başlayıb. Güclü yanğının hələ ki, qarşısını almaq mümkün deyil.
 

"Lənkəranda baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür".

Bu barədə AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın hadisəsi baş verib.
 
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

 


 
OXŞAR XƏBƏRLƏR