Sabirabad rayonunda yanğın başlayıb.
Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, yanğın rayonda yerləşən bazarların birində başlayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat yayıb
FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Hadisə yerindən videonu təqdim edirik: