Son dəqiqə! Səfərbərlik Xidməti məlumat yaydı

SOSİAL
13:32 27.09.2020
2320

Sentyabrın 27-də səhər saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub”.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub kiErmənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən böyük sayda vətəndaşlarımız tərəfindən müraciətlər daxil olmaqdadır. 

"Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə təşəkkürünü bildirir.

Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.

Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:16 29.10.2020

Ermənilər Göygölü atəşə tutdu, meşədə yanğın başladı

15:03 29.10.2020

Fransa səfiri: “Bərdədə insanların həlak olmasına görə çox məyusam”

14:48 29.10.2020

Bərdədə dinc sakinləri atəşə tutan düşmən qüvvələri məhv edildi - VİDEO

14:47 29.10.2020

Qələbəyə aparan yol!

14:43 29.10.2020

"Düşmən ön cəbhəyə göndərməyə əli silah tutan kişi tapmır" - Deputat

14:42 29.10.2020

Hikmət Hacıyev: "Ermənistanın hərbi-siyasi rəhbərliyi quzğunlaşıb"

14:23 29.10.2020

“Nar” Bərdə sakinlərini danışıq dəqiqələri və SMS-lə təmin etdi

14:19 29.10.2020

Diplomatlar və dövlət rəsmiləri Tərtərdə olarkən rayon ərazisi atəşə tutuldu

14:12 29.10.2020

Ermənistanın iki "Su-25" təyyarəsi məhv edildi - RƏSMİ

14:07 29.10.2020

Özbəkistan səfiri: "Dinc sakinlərin öldürülməsi yolverilməzdir"

14:00 29.10.2020

Ombudsman Səbinə Əliyeva Bərdədə faktaraşdırıcı missiya həyata keçirir - FOTO

13:56 29.10.2020

Ermənilər Tərtərə qadağan olunmuş raket atdı

13:53 29.10.2020

Elçin Əmirbəyov: "Ermənistan sülh prosesinin bərpasında maraqlı deyil"

13:47 29.10.2020

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ

13:45 29.10.2020

Deputat: Əgər vəziyyət belə davam edərsə, növbəti aylarda karantin rejimi daha da sərtləşdirilə bilər

13:44 29.10.2020

Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb