SON DƏQİQƏ: Toydan qayıdan mikroavtobus yük maşını ilə toqquşub - Ölən var

SOSİAL
23:43 31.01.2020
5647
Göygöl rayonunda xəsarətlə və ölümlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM-un baku.ws-ə istinadən verdiyi məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yeni Qızılca kəndində "QAZel" markalı mikroavtobus "ZİL" markalı yük maşını ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində qadın sərnişinlərdən biri ölüb. Onların toydan qayıtdığı ehtimal olunur. 

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR