Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 78604 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 000 nəfərdir.
Bu günədək vurulan vaksinlərin ümumi sayı 7 174 292, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 329 571, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 844 726 təşkil edir.