"Son kəşfiyyat, son döyüş" - Şəhid Araz Pirimovun xatirəsi anılıb

"Son kəşfiyyat, son döyüş" - Şəhid Araz Pirimovun xatirəsi anılıb
SOSİAL
17:29 14.06.2019
4620
Bakı Dövlət Sosial-İqtisad Kollecində Vətənimizin bütövlüyü uğrunda Qarabağ müharibəsində canından keçmiş şəhid Araz Əhməd oğlu Pirimovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Şöhrət Səlimbəylinin şəhidin həyat yolundan bəhs edən "Son kəşfiyyat, son döyüş” adlı kitabı təqdim olunub.

Tədbirdə çıxış edən Kollecin direktoru Vidadi Orucov qəhrəman şəhidimizin keçdiyi şərəfli ömür və döyüş yolundan danışıb. Bildirib ki, şəhid Araz Pirimov Bakı Dövlət Sosial-İqtisad Kollecinin yetirməsi olub. O, bütün qonaqların şəhidin müqəddəs ruhunun təntənəsinə toplaşdığı bu günün Milli Qurtuluş Gününə təsadüf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, qanlı-qadalı günlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkəmizdə hərc-mərcliyə və özbaşınalığa son qoyulub. Düşmənin aramsız hücumlarının qarşısı kəsilib. Məhz Heydər Əliyev dühasının rəhbərliyi dövründə "Əsrin müqaviləsi” adlı neft müqaviləsi imzalanıb. Bununla da Azərbaycanın həm siyasi, həm də iqtisadi təhlükəsizliyi təmin edilib. V.Orucov deyib ki, bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, ən qısa zamanda Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız düşmən tapdağından azad ediləcək.

Sonra yazıçı Şöhrət Səlimbəyli həmin illərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söz açıb. O, Vətən uğrunda həyatını qurban vermiş şəhid Araz Pirimovun göstərdiyi misilsiz qəhrəmanlıqdan danışaraq, onun Qurban Pirimov ocağının yetirməsi olduğunu diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər – Əməkdar müəllim, şair Əyyub Şuşalı, Baki Ali Neft Məktəbinin dekanı Zəfər Qurbanov, Təhsil İnstitutunun direktor müavini Anar Nağıyev, Bakı Dövlət Sosial-İqtisad Kollecinin müəllimi Allahverdi Culfayev şəhidin Vətənimiz uğrunda gedən döyüşlərdə göstərdiyi xüsusi qəhrəmanlıqdan danışıblar. Onun həyat yolunun gənc nəslə örnək olduğunu vurğulayaraq şəhidin şərəfli ömür yolundan söhbət açıblar. Qeyd edilib ki, Araz Pirimovun şərəfli həyat yoluna nəzər saldıqda bir daha şahid olursan ki, insan sevdiyi Vətəni uğrunda canından keçə bilər.

Sonda şəhidin qardaşı Azad Pirimov ailəsi adından tədbir iştirakçılarına və təşkilatçılarına, şəhidin xatirəsinin yad edilməsində əməyi olan kollecin tələbə və müəllim heyətinə minnətdarlığını bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
12:35 27.06.2025
“Cibinə siqaret al, qoy” deməsi üstündə qətl... - 20 illik dostunu öldürüb
Milyonluq toyun ilk günü - FOTOLAR
12:33 27.06.2025
Milyonluq toyun ilk günü - FOTOLAR
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
12:28 27.06.2025
"Qəbələ” Elvin Yunuszadə ilə yollarını ayırıb
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
12:27 27.06.2025
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli