Türkiyənin Çanaqqala bölgəsində 17 yaşında oğlan qəbiristanlıqda ov tüfəngi ilə həyatına son qoyub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Çanaqqalanın Gelibolu rayonunda 17 yaşlı oğlanın sosial şəbəkədə vida mesajı paylaşdıqdan sonra qəbiristanlıqda ov tüfəngi ilə həyatına son qoyduğu məlum olub.
Qəbiristanlığında saat 09:00 radələrində bir şəxs yerdə qanlar içində yatan bir gənci görüb. O, vəziyyəti polisə və tibb qruplarına xəbər verib. Polis ətrafda təhlükəsizlik tədbirləri görüb, sağlamlıq qrupları isə gəncin həyatını itirdiyini təyin edib.
Məlum olub ki, qəbiristanlıqda ov tüfəngi ilə həyatına son qoyan O.T gecə saat 00.00 radələrində sosial media hesabında vida yazıb.
Onun son mesajını olduğu kimi təqdim edirik:
Gülay