"Tez-tez yanına gedirdim. Son vaxtlar məni tanımırdı, sadəcə üzümə baxırdı. Bir neçə dəfə salam verdikdən sonra mənə qarşılıq verirdi”.
Bu fikirləri meyxanaçı Kərimlə bağlı AZXEBER.COM-a açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov deyib.
O bildirib ki, Kərim uzun illərdir xəstəlikdən əziyyət çəkirdi:
"Bəlkə də onun çəkdiyi əziyyətləri biz də onunla birgə yaşayırdıq. Ailəsi, bacısı oğlanları və digər yaxınları ona çox yaxşı qulluq edirdilər. Əgər Kərimə bu cür diqqət və qayğı göstərilməsəydi, bəlkə də o, çoxdan həyatını itirərdi”.
Ağamirzə qeyd edib ki, Kərimlə bağlı çoxlu xatirələri var:
"Kərimlə bizi 1983-cü ildə Ağasəlim Çıldaq tanış edib. Ondan sonra bir çox məclislərdə birlikdə olmuşuq. Kərimlə birlikdə Məkkəyə də getmişik, çox gözəl xatirələr və unudulmaz günlər yaşamışıq”.









































