Bakıda mənzil kirayə verən şəxslər artıq depozit tələb edirlər.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, kirayə mənzil haqqından əlavə təxminən 200-300 manat aralığında məbləğ alınır.
Əmlak ekspertinin sözlərinə görə, kirayə mənzil bazarında baş verən yeni tendensiya digər ölkələrdə də mövcuddur. Lakin, bu proses notarial qaydada aparılmalıdır.
Elnur Fərzəliyev bildirir ki, bundan əlavə notarial müqavilənin də ayrı məbləği var ki, bu da kirayəçidə məsuliyyət yaradır.
Onun sözlərinə görə, depozit məbləği razilaşma ilə sahibkar tərəfindən təyin edilir. Bu məbləğ kirayə haqqının 1 misli miqdarında da təyin oluna bilər.











































