“Son zəng” günü rəfiqəsinin qanını tökən qızın həyat hekayəsi - TƏFƏRRÜATLAR

“Son zəng” günü rəfiqəsinin qanını tökən qızın həyat hekayəsi - TƏFƏRRÜATLAR
SOSİAL
11:06 19.07.2018
8051
Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini bıçaqlamaqda ittiham olunan Aytən Abasovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AZXEBER.COM "ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən Abasova Aytən İlqar qızının məhkəmə prosesinə hakim Əfqan Hacıyev sədrlik edir.

Sübh tezdən çörək almaq üçün yaxınlıqdakı mağazaya üz tutan Məryəm "Füzuli meydanı”nda rəfiqəsi ilə rastlaşır. 17 yaşlı Aytən "Son zəng”ə getmək üçün məktəbə sarı istiqamət alsa da, Məryəmi görüncə fikrindən daşınır. Lakin rəfiqələr arasında yaşanan ani anlaşılmazlıq sonda birini xəstəxanalıq, o birini isə həbsxanalıq edir...

Hadisə 2014-cü ildə səhər saatlarında Yasamal rayonu, Füzuli meydanında yerləşən fəvvarənin qarşısında baş verib. Yetkinlik yaşına çatmayan Aytən Abasova aralarında yaranmış narazılıq zəminində tanışı Məryəm Məmmədovaya bir neçə bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya çatdırılıb. A.Abbasova ertəsi gün saxlanılıb, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Üç il istintaqdan yayınıb. 2017-ci ildə isə A.Abasovaya qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb. Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib.

Təqsirləndirilən Aytən Abasova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində valideynləri boşandıqdan sonra anasının himayəsi altında böyüdüyünü, 2016-cı ildə Nizami rayon məhkəməsinin hökmü ilə xuliqanlıqda ittiham olunaraq 6 ay müddətinə islah işləri cəzasına məhkum olunduğunu göstərib:

"Məryəmi 2013-cü ildən "Beşmərtəbə” adlanan ərazidəki çayxanadan tanıyıram. Tez-tez orada görüşür, boş vaxtımızı keçirirdik. Hadisə baş verən gün səhər saatlarında evdən çıxıb "Beşmərtəbə”yə gəldim. "Füzuli” meydanındakı fəvvarənin qarşısında Məryəmi gördüm, "Malakan bağı”na getməyi təklif etdim, razılaşmadı. Bir azdan Aynur adlı rəfiqəsi onun yanına gəldi. Məndən ayrılıb onunla birlikdə şaurma yeməyə getdilər. Qayıdıb gələndən bir qədər sonra Aynur sağollaşıb getdi. Bundan sonra Məryəmlə aramızda sözlə mübahisə düşdü. Məryəm mənə "öz-özünə tutuquşu kimi danışırsan” dedi. Əsəbləşib təpiklə başından vurdum. Valideynlərimin ünvanına nalayiq söyüşlər söydü, daha da qəzəbləndim. Saçlarından tutub dartdım, üstümdəki qatlanan bıçağı çıxarıb qarnından vurub qaçdım”.
A.Abasova küçədən keçənlərdən birinə yaxınlaşıb rəfiqəsinin yaralandığını, təcili yardıma zəng vurmasını xahiş edib.

Hadisədən bir gün sonra onu Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə aparıblar. Həm istintaq, həm də məhkəməyə verdiyi ifadəsində A.Abasova narkotik vasitə istifadəçisi olmadığını, hadisə baş verən gün Məryəmdən pul tələb etmədiyini göstərib:

"Ondan pul istəməmişəm. Mən narkotik istifadəçisi deyiləm. Həmin vaxt valideynlərimi söydü, özümü saxlaya bilməyib bıçaqla vurdum. Polisdən qorxduğuma görə də qaçdım".

Zərərçəkmiş, ikinci qrup əlilliyi olan Məryəm Məmmədova ifadəsində hadisə baş verən gün çörək almaq məqsədilə mağazaya getdiyini, "Füzuli” meydanından keçərkən rəfiqəsi Aytənlə rastlaşdığını göstərib:

"Aytən mənə 25 manat pulu olduğunu, narkotik almaq üçün 5 manatı çatmadığını dedi, pul istədi. Dedim, üstümdə cəmi 5 manat var, vermirəm, özümə lazımdır. Əl çəkməyib, pul tələb etdikdə mübahisəmiz düşdü, anamı söydü, mən də onu söydüm, təpiklə sifətimdən vurdu, saçımdan tutub yerə yıxdı, bıçaqla vurub qaçdı. Təxminən 15-20 dəqiqədən sonra hadisə yerinə təcili yardım gəldi, məni Kliniki Tibbi Mərkəzə apardılar, orada əməliyyat olundum”.

Şahid qismində dindirilən Arzu Süleymanova ifadəsində həyat yoldaşından rəsmi boşandıqdan sonra övladları ilə birgə Yasamal rayonu, M.Sübhi, 85 ünvanında yaşadıqlarını göstərib:

"Aytən heç yerdə işləmirdi. Boş vaxtlarını dost-tanışları ilə keçirirdi. Mayın 30-da Aytən oxuduğu məktəbdə son zənglə bağlı tədbir olmalı idi. Ona görə də səhər tezdən evdən çıxıb məktəbə sarı getdi. Həmin gün saat 16-17 radələrində evə gələndə tanışı Məryəmi bıçaqla vurduğunu dedi. Aytənlə birlikdə xəstəxanaya - Məryəmə baş çəkməyə də getmişdik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
11:51 09.08.2025
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
Yük maşını sürənlərə - Müraciət
11:48 09.08.2025
Yük maşını sürənlərə - Müraciət
Bakı və Abşeronda külək güclənir - FAKTİKİ HAVA
11:46 09.08.2025
Bakı və Abşeronda külək güclənir - FAKTİKİ HAVA
Niderland XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını təqdir edən bəyanat yayıb
11:41 09.08.2025
Niderland XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını təqdir edən bəyanat yayıb
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil
11:39 09.08.2025
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil