Sonaxanım Əliyeva xərçəng xəstəsidir? - AÇIQLAMA

Sonaxanım Əliyeva xərçəng xəstəsidir? - AÇIQLAMA
MAQAZİN
15:38 21.10.2025
142
Aktrisa Sonaxanım Əliyeva xərçəng xəstəsi olması ilə bağlı yayılan söhbətlərə son qoyub.
 
AZXEBER.COM xəbər verir ki, o bu haqda "Günə uğurla" verilişində danışıb.
 
Aktrisa canlı yayımda "parik"ini çıxararaq xərçəng xəstəsi və keçəl olmadığını deyib:
 
"Saçımda müxtəlif pariklərdən istifadə edirəm. Çoxları yazdı ki, keçəldir, hətta dedilər xərçəng xəstəsidir. Mən başa düşə bilmirəm ki, məndən nə istəyirlər? Kök oluram müzakirə edilirəm, arıqlayıram onda da başqa cürə danışırlar. Mən hər yerdə açıq şəkildə deyirəm ki, müalicə ilə arıqlamışam. Yenə deyirlər ki, mədə kiçiltmə edib. Hamı yazır ki, xəstəliyi var, xərçəngdir, keçəldir. Mən pariki sadəcə imic dəyişmək üçün istifadə edirəm".
 
Aysel

OXŞAR XƏBƏRLƏR