"Sonsuzluq Qalaktikası”nda yeni doğulmuş superkütləli qara dəlik tapılıb.
AZXEBER.COM xəbər verir ki, Kəşf NASA-nın James Webb Kosmik Teleskopunun həyata keçirdiyi "COSMOS-Web” layihəsi çərçivəsində əldə olunan görüntülər əsasında aparılıb.
Yale Universitetindən astronom Pieter van Dokkumun rəhbərlik etdiyi qrup, kainatın dərinliklərində yerləşən və iki qalaktikanın toqquşmasından yaranan "Sonsuzluq Qalaktikası”nda yeni doğulmuş superkütləli qara dəlik aşkarlayıb. Qalaktikanın quruluşu sonsuzluq simvolunu xatırladır.
Qara dəliyin hər iki qalaktikanın nüvəsindən uzaqda, sistemin tam ortasında yerləşməsi alimlərin marağına səbəb olub. Van Dokkum bu obyektin indiyədək birbaşa müşahidə edilən ilk yeni doğulmuş superkütləli qara dəlik ola biləcəyini bildirib.
Əlavə olaraq, Chandra X-şüası Rəsədxanası, W. M. Keck Rəsədxanası və ABŞ Milli Radio Astronomiya Rəsədxanasının arxiv məlumatlarından istifadə edilib.
Araşdırmalara görə, qara dəliyin təxminən 1 milyon Günəş kütləsi qədər kütləsi var və bu, Yer kürəsinin kütləsindən 300 milyard dəfə artıqdır.
Alimlər obyektin həqiqətən yeni doğulmuş qara dəlik olduğunu dəqiqləşdirmək üçün əlavə müşahidələrə ehtiyac olduğunu qeyd ediblər. Bu tapıntı kainatın erkən dövrlərində superkütləli qara dəliklərin necə bu qədər tez formalaşa bildiyinə dair mühüm ipucları verir.
Oksana