“Sonuncu gün” - Şəhid Əmrah Əkbərovun xatirəsinə

“Sonuncu gün” - Şəhid Əmrah Əkbərovun xatirəsinə
KÖŞƏ
21:07 20.02.2024
228
Tabor binasından çıxanda havanın istiliyi hələ təzə-təzə dənizin sərinliyi ilə əvəzlənirdi. Ətrafa baxır, 7 ildir doğmalaşdığı bu məkandan artıq uzaq qalacağının fərqinə varırdı. Bəlkə də, bilirdi, bu gediş o gediş deyil. Çoxdandır gəzən söhbətlər var idi, artıq nələrsə olacaqdı... Xəyallarına çatmaq üçün tələsdiyinə görə o günün uzaq olmadığını bildiyinə görə hərdən sonuncu yuxusu ona təskinlik verirdi.

- Taleyin qələmi mənim üçün nələr yazıb? Görəsən, xəyallarıma çata biləcəm? Tək xəyalım zabit olmaqdan ibarət deyildi. Ağrılara məlhəm olmalıyam axı... Vətən hələ dardardır. Mən bu dar gündə vətənim üçün 7 il çalışmışam deyə ən çox döyüşənlərdən biri olmalıyam. Birinci yaşamalı, sonra yaşatmalıyam...

Binanın arxasına doğru hərəkət etdi. Pilləkanda oturub buradan dənizi seyr etməyi çox xoşlayırdı, həm də yay vaxtı bura çox sərin olurdu. Beynində gedən fraqmentlər, 14 yaşında ilk dəfə əyninə hərbi geyimi geyinməsi, Hərbi Məktəbə qəbul olması, təlimlər, ilk dostluqlar... Qərib Baxşəliyevin sözünü xatırladı, "kişiyə ürək, dosta kürək, bayrağa külək çox yaraşır”. 
Ürəkli idi Əmrah. Dostu üçün canından keçərdi, dostcanlı idi. Bayrağı üçün də hər şeyi edərdi – lap şəhid olmağı belə.

- Bu gün son günümdür bu qapılar arxasında. Sabahdan zabitəm, bir otaqda qaldığım, bir qabdan yemək yediyim qardaşlarımdan vidalaşırıq. Hər birimiz cənnət vətənimizin fərqli nöqtələrinə gedəcəyik. Görəsən, necə olacaq? Hansımız sağ-salamat qalacağıq, hansımız amalımıza çatacağıq? Axı bizim bir amalımız var – vətən uğruna... yox, birinci yaşamalıyıq. Yaşamalıyıq ki, yaşada bilək. Əsas vətən üçün yaşamaqdır. -, başını yerə dikdi.

Dənizə baxırdı. 7 ildir ki, Xəzər onun dərd yoldaşı idi. Ona sevincini, kədərini bölüşmüşdü Əmrah. Dənizçi kursantlardan kimsə ona demişdi ki, sənin dənizə olan sevgin bizdə olsaydı, nələr edərdik. Son dəfə dənizlə söhbət etmək qərarına gəldi:

- Ən böyük sirdaşım olmusan, bilirsən? Hər şeyimi özünlə yuyub aparmısan. Bu gün isə sənlə sonuncu görüşümdür. Bilirəm, bir daha görüşə bilməyəcəyik. İçimdən bir hiss var ki, bu məktəbin koridorlarında daha mənim şəkillərim olacaq. Bu gediş o gediş deyil... Bilirsən? Bir gün səmaya qovuşacam, şəhid olacam. Bax o gün mən sənə ucalardan baxıb gülümsəyəcəm buludların arasından. Ən böyük xatirələrim, sevinclərim, kədərim, hamısı səndədir, yuyub aparsan da, hansısa nöqtəndə qalacaq. Bu gün sənə sonuncu dəfə sirr verəcəm... Bir yuxu görmüşəm, yuxumda şəhid olurdum. Görəsən, çata biləcəm o zirvəyə? Bilmirəm... Amma, ürəkdən istəyirəm. Belə baxand da, əsas yaşamaqdır vətən üçün... Nə isə, gedim sabah üçün formamı səliqəyə salım. Çox sağ ol, dəniz. 

"Səndən qalan xatirə mavi dəniz,
Böyüklüyün səmadan, bəhərin təmiz...”

Formasını düzəltmək üçün yenidən tabor binasına qayıdırdı. Beynində tək musiqi var idi . Müslüm Maqomayev – "Qayıt, əzizim”. Çox dinlədiyi musiqi deyildi. Görəsən, niyə o musiqi... Bəlkə də, elə sözlərində deyildiyi kimi, ondan qalan tək xatirə elə o mavi dəniz olacaqdı, səmaya ucalacaqdı... 

Ucaldı... Əmrah səmaya ucaldı, şəhid oldu. Hamının sevimlisinə, anaların övladına, bacıların qardaşına – bu Vətənin övladına çevirildi. Bu gün Əmrah qardaşları ilə birlikdə səmadadır, onun uğrunda döyüşdüyü torpaqlar azaddır, onun üzü gülümsəyir.  Əmrah bütün şəhidlər kimi qəhrəmanlıq salnaməsinə çevrildi. 
 
Bütöv Azərbaycandakı ad günündə cismən uzaqlarda, ruhən şəhid olduğun torpaqlardasan. Bu gün sən Bütöv Azərbaycanın şəhidisən. Sən elə Azərbaycansan...
Əlbət görüşəcəyik, qaranlığın heç olmadığı yerdə, əlbət bir gün görüşəcəyik...
 
Əli Rizvan
 

 

 

 






OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:23 25.06.2025
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İsrailin gecə baş verən hücumları nəticəsində Qəzzada azı 21 nəfər həlak olub
07:54 25.06.2025
İsrailin gecə baş verən hücumları nəticəsində Qəzzada azı 21 nəfər həlak olub
Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir
07:44 25.06.2025
Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib