Sosial “bomba”: Pərvanə… - Jalə Mütəllimova yazır

Sosial “bomba”: Pərvanə… -  Jalə Mütəllimova yazır
SOSİAL
11:17 11.10.2019
6966
Jalə Mütəllimova 
 
Müxalifət falan unudulub. Gündəmi bir qadının kələkötür, pinti fikirləri götürüb.  Niyəsə mənə elə gəldi ki, müxalifət, Mili Şura və AXCP yox, Pərvanə xanım keçirdi piketi. Və aksiya alındı. Haqlıdır-haqsızdır, cahildir-adildir bunu bir  yana buraxaq.  Bu qadın anadır, azərbaycanlıdır, ağır yaşantıları olub, heç indi də günü-güzəranı yoxdu. Balasını məktəbə göndərı bilmir,  evi yoxdur, işi yoxdur.
 
Özü kimi əsgərlikdən gələn övladı da bekardır, işsizdir. Yəni bu dəqiqə Azərbaycanda, baş kənddə, Bakıda üç adam dolaşır ehtiyac, problem içində. Üç deyəndə, hələ ki, üzə çıxıb, üzümüzə vurulan üçdür, gedib özümüz baxsaq, yəqin başqa şeylər də görərik. Nə isə…Qayıdaq Pərvanəyə. Bu xanım iIllər öncə erkən nigaha cəlb olunub, istəmədən.  Erkən nigah ən sadə dillə desək, insanın həm fiziki, həm mənəvi zorlanması kimi bir şeydir mənim gözümdə. Erkən nigaha girən qadının dünyaya gətirdiyi övladlar da sevgidən doğulmayanlardır təbii ki…
 
Onun təhsil almaq arzusu da ürəyində qalıb. Sizi bilmirəm mənim baxış bucağımda belə adamlar "bombadır”, sosial bomba. Problemlərini həll eləməyə söz verən hər kəs, onu əlinə alıb ölkəni açıq-aşkar terror edə bilər. Bu gün həmin  "bomba”, yəni Pərvanə müxalifətin əlindədir. Onu  hamıdan qabaq xidməti və hədəfi bəlli syasilər tapıb aksiyaya cəlb eləyib, sonra da eyni kateqoriyadan olan  "Meydan” TV daha detalı adamlara və dünyaya göstərir, ölkənin bu günki siması kimi. Anti-Azərbaycan mexanizmində yeni bir detal tapılıb və mexanizm işə salınıb. Pərvanə Azərbaycan qadınının bu günki siması, ölkənin bu günki durumunun göstəricisi kimi dünyaya təqdim olunur. Hələ xalqa da çağırış edilir ki, bəs, gəlin dövlətin betər günə qoyduğu Pərvanə xanıma dəstək olaq.

Mən siyasət flan bilmirəm. Bildiyim bircə həqiqət var. Biz cəmi on milyonuq. On milyon üçün boğaza qədər problem içində olan bir Pərvanə də çoxdur. Deyəcəksiniz ki, dövlət adamların hər birinin məsələsini həll etməklə məşğul olmamalıdır. Buna zamanı yoxdur. Çox, son dərəcə çox ədalətli yanaşmadır. Dövlət babanın işi-gücü çoxdur. Amma məmur babaların işi elə məhz pərvanələrə dəstək olmaqdır. Məsələn, ona sosial yardım verilə bilər. Oğlu bacardığı bir işin ucundan tutsun deyə bir işə qoyua bilər. Balasına dəstək olub məktəbə yazdırmaq olar. Bunu üçün ikicə şey lazımdır… Yox, əslində bir şey lazımdır, sevgi. Dövlətə, vətənə, vətəndaşa sevgi. Xidməti maşınlardan düşüb, Pərvanənin soyuq komasında bir gecə qonaq olmaq lazımdır. Onu anlamaq, dəstəkləmək, yardım eləmək üçün, vəssalam…
 

 


Pərvanə kimi adamlara nə iqtidar maraqlı deyil, nə müxalifət. Onlar insan kimi yaşamaq istəyir. Evi, işi olsun istəyir, normal ailə vəziyyəti olsun istəyir. Məhz yaxşı yaşamadığından dolayı, əzabları üzündən onları "sosial bombaya” çevirmək çox asan olur. Adam onsuz da yaşamır, əzab çəkir. Partlayanda noolasıdır ki?! Ya öləcək, ya da tutub aparacaqlar. Heç biri əsas deyil. Əsas olan bu ki, o, sözünü deyib "öləcək”. Bax elə buna görə də onlar dövlətin ayağı altında istənilən an partladıla bilər. Necə ki, artıq edilir…

O üzdən növbə sizindir bəylər, cənab məmurlar. Dövlət babanın övladları. Ölkədəki Pərvanə kimi sosial "bombaları” təcili "zərərsizləşdirin”. Hədələməklə yox, qorxutmaqla yox, sevməklə, diqqət göstərməklə. Necə?  Balasını məktəbə yollayın, bacara biləcəkləri iş verin oğluna və özünə. Amma siz siz olun bu çəgirdək ailəni bacarmadığı işə-siyasətə sürükləməyin. Cibinə beş-on manat qoyub ələbaxım öyrətməyin. İnsanları mənəvi qidalandırın, tərbiyə eləyin, qoyun sizi arxa bilsinlər. O zaman dövlətin də, hakimiyyətin də kürəyi yerə gəlməz …

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb