Sosial media fenomeni hesabını bağladı

Sosial media fenomeni hesabını bağladı
DÜNYA
12:42 04.04.2025
275
Sosial media fenomeni və influencer Danla Bilic son günlər verdiyi qərarla yenidən gündəmdədir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, maqazin dünyasının diqqət çəkən adlarından birinə çevrilən Danla Biliç son açıqlamaları ilə gündəm olub.
 
Açıq-saçıqlığı ilə tanınan fenomen bir müddət əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı səssiz qalan məşhurlara reaksiya vermişdi.

Danla Biliç son olaraq CHP Şanlıurfa millət vəkili Mahmud Tanalın məşhur təkrar tərzini təqlid etdiyi videosu ilə sosial mediada böyük səs-küyə səbəb olmuşdu. "Yazılarım davam edəcək, məni izləməyi dayandıra bilərsiniz” deyərək tənqidlərə açıq cavab verən Biliç bu dəfə gözlənilməz addım ataraq X (keçmiş Twitter) hesabını bağlamaq qərarına gəlib. Bu qəfil qərarın arxasında nə olduğu hələ məlum deyil.
 
Biliçin bu addımı onun izləyiciləri arasında müxtəlif fərziyyələrə səbəb olub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR