Sosial media fenomenləri arasında dava düşdü - VİDEO

Sosial media fenomenləri arasında dava düşdü - VİDEO
DÜNYA
12:06 19.09.2023
589
Türkiyəli sosial media fenomeni və bodibildinq məşqçisi Savaş Cebeci sosial şəbəkədə mübahisə etdiyi peşəkar MMA döyüşçüsü Kaan Kazqanla dava edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, peşəkar MMA döyüşçüsü Kaan Kazqanın sosial media fenomeni və bodibildinq üzrə məşqçi Savaş Cebecinin "Dünya çempionu olsa da, 70 kilo da olsa, heç kim mənə qalib gələ bilməz” sözlərinə cavab verməsindən sonra onların arasında gərginlik yaranıb.

Hər iki idmançı bir-birini duelə çağırıb və döyüşüblər. Savaş Cebeci təslim olduqdan sonra qanlı döyüş bitib.

Döyüşdən sonra Kaan Kazqan qanlı yumruğunu göstərən video paylaşaraq "Uşaqlar, şou bitdi, baxın, bunlar filan adamın qanıdır" deyib.
 
İdmançıların döyüş görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb.
 
Həmin görüntüləri təqdim edirik:
 
Mikayıl
 


OXŞAR XƏBƏRLƏR