Sosial mediadan aktiv istifadə edildiyi bir zamanda bu platformada hüquqi problemlərin də günü-gündən artdığı bildirilir.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, hüquqşunaslar son zamanlar emojilərdən istifadəyə görə işdən çıxarılma və təzminat halları ilə rastlaşdıqlarını deyirlər.
İnsanlar arasında ünsiyyət zamanı özünü ifadə etməyin yeni üsuluna çevrildiyini bildirən hüquqşünas Gökhan Ahi emojilərin hər zaman məhkəmələrin gündəmində olduğunu deyib.
Emojilər vasitəsilə təhqir, aşağılama, cinsi təcavüz və hətta təhdid hallarının müəyyən edilməsinin mümkün olduğunu söyləyib.
Hüquqşünas qeyd edib ki, "WhatsApp” yazışmaları elektron sənəddir:
"Sosial media yazışmalarından da sübut kimi istifadə edilməlidir. Ölkəmiz üçün hələ ki, stabil qəbul olmasa da, bəzi məhkəmələrdə zaman-zaman bu istiqamətdə qərarlar görürük. İnsanlar yazışmalarında, emojilərdən istifadə zamanı mümkün hüquqi mübahisələri nəzərə alaraq hərəkət etməlidirlər”.
Şəbnəm