Sosial mediada yüzlərlə hesab silindi - SƏBƏB

MARAQLI
13:56 12.10.2023
332
İlon Maska məxsus əvvəllər "Twitter” kimi tanınan "X” sosial media platforması Fələstin-İsrail müharibəsindən sonra "saxta xəbərlər”in tənqidi üzərinə hərəkətə keçib.

AZXEBER.COM xəbər verir ki, sosial media platforması "X” HƏMAS-a bağlı yüzlərlə hesabı sildiyini açıqlayıb.

Şirkətin bu addımı HƏMAS-ın İsrailə qanlı basqından sonra sosial mediada yayılan dezinformasiya və saxta xəbərlərlə bağlı tənqidlərdən sonra atılıb. Avropa Birliyi İlon Maska məxsus "X” şirkətinə dezinformasiya ilə mübarizə aparmaq üçün 24 saat vaxt verib və birliyin internet qaydalarına əməl olunmasını istəyib.

Ayşən

OXŞAR XƏBƏRLƏR