Türkiyənin Divası Bülənt Ərsoy sosial şəbəkədən etdiyi paylaşımla diqqət çəkib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, mesaj yazaraq borc verdiyi 16 min lirəni geri istəyib.
"Hörmətli Berkay Tuncer! Saf insan mərhəmətindən sənə göndərdiyim 16.000 lirə bu gün hesabıma yatırılacaq” deyə Ersoy paylaşımında bildirib.
Qeyd edək ki, Berkay Tuncer hələlik heç bir açıqlama verməyib və onun kim olduğu, nə işlə məşğul olduğu və Bülent Ersoyla münasibətinin necə olduğu bilinmir.
Aysel