“Sosial Məşğulluq Mərkəzi” layihəsinin icrasına başlanılıb

SOSİAL
13:10 21.01.2020
2472
Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi "Sosial layihələr” müsabiqəsi çərçivəsində qalib elan edilən "Sosial Məşğulluq Mərkəzi” layihəsinin icrasına başlanılıb.

"Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi tərəfindən müsabiqəyə təqdim edilən layihənin başlıca məqsədi əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması və onların məşğulluq imkanlarının artırılmasıdır. Həmçinin bu layihə əlilliyi olan şəxslərin təlim və təcrübə müddətində  əldə etdikləri biliklər əsasında əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşmağında mühüm rol oynayacaqdır.

Layihənin icrası müddətində Sumqayıt şəhərində yerləşən mərkəzdə 18-55 yaş aralığında əlilliyi olan şəxslərə mobil telefon ustası, dərzilik, foto və video operator peşələri üzrə nəzəri və praktiki biliklər öyrədiləcək. İlkin mərhələdə hər peşə üzrə 10 nəfər olmaqla, ümumilikdə 30 nəfəri əhatə edəcək layihə müddətində müvafiq sahələr üzrə mütəxəssislər tərəfindən nəzəri biliklərin öyrədilməsi ilə yanaşı, iştirakçılar seçdikləri peşəyə uyğun praktiki biliklərə də sahib olacaqlar. Bununla yanaşı, layihə iştirakçılarının hər biri müvafiq peşələr üzrə lazımi avadanlıqlarlə təmin olunacaq. 

Xatırladaq ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq çərçivəsində həyata keçirilən "Sosial layihələr” müsabiqəsi vətəndaş cəmiyyətinin inkişafı və təşəbbüskarlıq mühitinin formalaşdırılması məqsədi ilə cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsi, habelə həyat və sağlamlığının qorunması, elm və təhsilin inkişafı, innovativ ideyaların reallaşdırılması və maarifləndirmə işinin təkmilləşdirilməsi, təbiət və ətraf mühitin mühafizəsi, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunması və bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri və digər sosial layihələri əhatə edir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:28 30.09.2020

“Sosial şəbəkələr hərbçilərimizin həyatını təhlükəyə atır” - VİDEO

12:25 30.09.2020

"Ermənistan işğalçıdır, Azərbaycan ədaləti bərpa edir" - Hikmət Hacıyev

12:20 30.09.2020

Çavuşoğlu: “Atəşkəs çağırışı edənlər Ermənistana işğal etdiyi torpaqlardan çıx demir”

12:06 30.09.2020

“Səhliyalı”dan orduya dəstək - 5000 kolbasa, 2 ton qablaşdırılmış su göndərdi

12:02 30.09.2020

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur – Ermənistanla bağlı qeyd-şərt qoyuldu

11:57 30.09.2020

Deputat: “İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur”

11:56 30.09.2020

Makron Qarabağdakı vəziyyəti Tramp və Putinlə müzakirə edəcək

11:48 30.09.2020

Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir - RƏSMİ

11:46 30.09.2020

Ermənilər Tərtərdə daha bir mülki obyekti top atəşinə tutdu

11:41 30.09.2020

Elçin Əmirbəyov “France24”ün efirində Ermənistan təxribatı ilə bağlı danışdı

11:37 30.09.2020

Sahibə Qafarova: “Prezident və xalqın sarsılmaz birliyi Dağlıq Qarabağın tam azadlığını təmin edəcək”

11:28 30.09.2020

Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi

11:21 30.09.2020

İran ərazisindən Ermənistana aparılan silah yüklü maşınlar yandırıldı - VİDEO

10:57 30.09.2020

Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur

10:53 30.09.2020

Ermənilərin bu gün Tərtərdə yaraladıqları mülki şəxslərin - Adları

10:50 30.09.2020

Xoyskinin nəvəsi: “Qarabağ azad olunacaq və babalarımın ruhu azadlığa qovuşacaq”

X Mostbet