Sosial şəbəkə paylaşımı ilə dağıntıların altından xilas oldu – VİDEO

Sosial şəbəkə paylaşımı ilə dağıntıların altından xilas oldu – VİDEO
DÜNYA
14:58 07.02.2023
282

Mərkəzi Kahramanmaraşda olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələdən sonra Malatyada dağıntılar altında qalan 20 yaşlı Boran Kubat sosial şəbəkədəki paylaşımı ilə dağıntılar altından xilas olub.


AZXEBER.COM xəbər verir ki, Boran Kubatın sosial şəbəkədəki paylaşımını görənlər onu xilas ediblər.

Belə ki, İstanbul Nişantaşı Universitetində təhsil alan Boran Kubat tətilini ailəsi ilə keçirmək üçün Malatyaya gəldiyini bildirib. Gecə yatdıqdan sonra ilk zəlzələyə tutulduğunu izah edən Kubat bir müddət sonra ikinci zəlzələ olmayacağını düşündüyünü bildirib.

Evində yenidən ikinci zəlzələdə yaxalandığını və binanın uçmasından sonra dağıntılar altında qaldığını izah edən Kubat, "Hər iki zəlzələdə yatmışdıq. Birdən bina silkələndi, gözümü açan kimi başımı aşağı saldım. Anamın yanıma düşdüyünü gördüm, telefonum yanımda idi. Dərhal dostlarıma zəng etdim", - deyə o bildirib.

Daha sonra sosial mediadan kömək istəməyi düşündüyünü vurğulayan Kubat "Fikirləşdim ki, sosial şəbəkədə paylaşsam, bütün dostlarım görsə, hamısı gələ bilər. Mən 5 saat yarım dağıntılar altında qaldım. Dostlarım çox kömək etdi”, - o, açıqlamasında deyib.

Onunla bərabər anasının da xilas edildiyini, əmisi və nənəsinin hələ də dağıntılar altında qaldığını qeyd edən Kubat sosial şəbəkədə onun səsini eşidənlərə təşəkkür edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR