Sosial şəbəkədə azyaşlının döyülməsi ilə bağlı paylaşılan görüntü araşdırılır

Sosial şəbəkədə azyaşlının döyülməsi ilə bağlı paylaşılan görüntü araşdırılır
SOSİAL
20:54 14.04.2025
426
Sumqayıtda azyaşlı qızın döyülərək videoya çəkilməsi, görüntülərin sosial şəbəkədə paylaşılması araşdırılır.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli APA-ya bildirib ki, sosial şəbəkələrdə azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisənin Sumqayıt ərazisində baş verdiyi. Döyülən azyaşlının və şiddət göstərən qızın şəhər sakini olduğu iddia edilir.
OXŞAR XƏBƏRLƏR