Sosial şəbəkədə dələduzluq yolu ilə "pul qazanan" şəxslər saxlanıldılar

Sosial şəbəkədə dələduzluq yolu ilə "pul qazanan" şəxslər saxlanıldılar
SOSİAL
09:55 27.02.2025
515
Qubada polis sosial şəbəkədə dələduzluq edən şəxsləri saxlayıb.

AZXEBER.COM-un Oxu.az-a istinadən xəbərinə görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində "Telegram" sosial şəbəkəsində kiber üsullarla vətəndaşın pul vəsaitini talayan və kriptovalyutaya çevirərək ölkə xaricinə çıxaran əvvəllər məhkum olunmuş Hafiz Hacıyev və Mədət Əliyev saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin zərərçəkmişin 9 055 manatını dələduzluq yolu ilə əldə etdikləri aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR