Sosial şəbəkədə tanış olduğu şəxsi nazir təyin etdi

Sosial şəbəkədə tanış olduğu şəxsi nazir təyin etdi
13:47 16.03.2013
2798

Çeçenistan lideri Ramzan Kadırov ölkə hökümətinə yeni nazir təyin edib. Çeçenistan prezidenti Arbi Tamayev adlı bu şəxi "İnstagram" sosial şəbəkəsi vasitəsilə tanıyıb. Trend-in məlumatına görə, bu barədə Çeçenistan prezidenti cümə günü "İnstagram"da rəsmi profil vasitəsilə məlumat yayıb. Bundan başqa, prezident sosial şəbəkədə Çeçenistan hökümətinin rəhbəri Əbubəkir Edelqeriyev və Arbi Tamayevlə olan görüşündən də foto paylaşıb. "Arbi Tamayev mənim "İnstagram"çıları yığmaq xahişimə fəal reaksiya verdi, təşəbbüskarləq və inadkarlıq göstərdi. İndi o, bu keyfiyyətlərini yeni vəzifədə - Çeçenistan Respublikasının vətəndaş təşkilatları ilə qarşılıqlı əlaqələrin təşkili naziri vəzifəsində göstərməli olacaq",- deyə Kadırov məlumatda qeyd edib. O həmçinin bildiribki, izləyicilər yeni naziri @arbi_9595 niki ilə tanıyırlar.

OXŞAR XƏBƏRLƏR