Sosial şəbəkələrin bir əldə cəmləşməsi dünya üçün böyük təhlükədir - Azərbaycan milli sosial şəbəkəsini yaratmalıdır?

SOSİAL
17:00 05.10.2021
483
Ötən gün axşam saatlarında "Facebook”, "Instagram” və "Whatsapp”ın 6 saat saatlıq çökməsi ciddi problemlərə səbəb olub. Nəticədə bəzi şirkətlərə iqtisadi baxımdan zərbə dəyib, "facebook"un qurucusu Mark Zukerberq 6,5 milyard dollar itki ilə üzləşib. 

Bəs bu cür qlobal problemlərin ortaya çıxmasına səbəb nədir?

Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz AZXEBER.COM-a açıqlmasında problemin səbəbləri haqqında danışıb. O, qeyd edib ki, bu cür nəhəng birləşmələrə imkan vermək olmaz:

"Dünənki hadisəni "Facebook” bu cür izah etdi ki, DNS sistemlərində, yəni yönləndirmə sistemlərində onun texniki infrastrukturunda aparılan tənzimləmə zamanı baş verən texniki xətalardan dolayı yaranıb. Yəni, yenilənmələr etmək istəyən zaman bu cür problem olub. Bundan çıxan nəticə odur ki, bu cür nəhəng, qlobal resursları öz ətrafında birləşdirmək, belə nəhəng sosial media qurumlarının yaranması, hesab edirəm ki, dünya iqtisadiyyatı üçün, dünya cəmiyyəti üçün, internet üçün böyük təhlükə yaradır. Bu cür nəhəng birləşmələrə imkan vermək olmaz. Buna görə də, hökümətlər bunun fərqində olmalıdır, rəqabətli mühit üçün, alternativlər üçün şərait yarada biləcək bir addımlar atılmalıdır. İmkan vermək olmaz ki, kiçik qurumları nəhəng qurumlar alsın və alternativsiz bir mühit bir mühit formalaşsın. Məlum oldu ki, bu, böyük problemlərə səbəb olur. Həm iqtisadi, həm təhlükəsizlik baxımından, dünyanın inkişafı baxımından problemlərə səbəb olur. Ona görə də, bunlardan ciddi dərs çıxarmaq lazımdır”.
 

Osman Gündüzün fikrincə, Azərbaycanın milli sosial şəbəkə yaratmağı uzun prosesdir:

"Milli sosial şəbəkə yaratmaq uzun, çətin, ağır bir prosesdir. Bu istiqamətdə addımlar atanlar da olub, 15-20 dəfə buna cəhdlər olub, hamısı da uğursuz olub. Çünki buna cəlb etmək üçün böyük investisiyalar ayrılmalıdır, reklam xərcləri, marketinq xərcləri ayrılmalıdır. Yəni, hədsiz böyük işlər tələb edir. Mövcud rəqabətsiz mühitdə də bunu etmək olduqca problemlidir, ona görə də resurslar bazarda qalmır”.

Aydın Nuri 

OXŞAR XƏBƏRLƏR