Sosial şəbəkələr yoxsa KİV? - Rəhman Hacı yazır

Sosial şəbəkələr yoxsa KİV? - Rəhman Hacı yazır
MEDİA
14:21 23.07.2019
3042

Rəhman Hacı,
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, 1news.az saytının baş redaktoru

 

Bir neçə gün bundan öncə Bakı Gənclər Mərkəzində "Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondu və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı keçirilən tədbirdə televiziya və radio aparıcısı Rahib Azəri, ASAN Radionun direktoru Emin Musəvi və mən - 1news.az informasiya agentliyinin baş redaktoru Rəhman Hacı çıxış edərək milli mətbuatımızın keçdiyi yoldan və müasir dövrdə mətbuatımızın fəaliyyəti, sosial media və onun yaratdığı imkanlar və yeniliklərdən bəhs etdik.

İcazənilə, həmin görüşdə paylaşdığım bəzi fikirlərimlə sizinlə bölüşmək istərdim.

-
Tezis #1

Bir neçə il bundan öncə BBC kimi böyük medianın Twitter sosial şəbəkəsində qeydiyyatdan keçməsini, və ya CNN tərəfindən Youtubdan götürülən sadə bir istifadəçinin videosunun praym taymda nümayiş olunmasını sözsüz ki təsəvvür edə bilməzdik.

Yəgin ki mənimlə razılaşacaqsınız ki, Facebook və Youtube da kütləvi informasiya vasitələrinin üzərində indiki kimi bu qədər təsirə də malik deyildi.

Ya da başqa bir nümunə - bəzi bloggerlərin insanlara təsiri hətta tanınmış peşəkar ekspertlərin təsirindən belə güclüdür.

Bütün bunlar nəyə görə mümkün oldu?

Çünki yeni texnologiyaların inkişafı media və kommunikasiya sahəsində çox ciddi dəyişikliklərə gətirib çıxarıb.

Bu artıq bir faktdır.

Lakin burada bir sual yaranır – bu proses bizi haraya gətirib çıxaracaq?

Tezis #2

Oxucularını (izləyicilərini) itirən ənənəvi KİVlərdən fərqli olaraq, yeni mediaların vəziyyəti daha yaxşıdır.

Rəqəmsal dünya onlar üçün fantastik imkanlar yaratmaqdadır.

Misal üçün – gələcəkdə nəyinki telefon, planşet və bu kimi digər cihazlar, hətta belə boş pəncərələr, güzgülər, Google glass və ya istənilən digər boş sahə məlumatın bizə çatdırılması üçün bir vasitəyə çevriləcək.

Medianın qarşısında duran əsas məqsəd isə – onun izləyicisi üçün ən rahat və əlverişli vasitəni tapıb, koməyi ilə maraqlı kontentin bizə çatdırması olacaq.

İmkanlar demək olar ki hədsizdir. Nə dərəcədə? Baxın...

Dünyanın ən böyük çap kitabxanalarından biri Rusiya Elmlər Akademiyasının Kitabxanasıdır. O 26 milyon kitabdan ibarərtdir və kifayət qədər yer tutur.

Bu kitabxana virtual olsaydı, bu, təxminən 26 terabayt və ya real məkanda təxminən bir kubmetr qədər yer tutacaqdı.

Tezis #3

Bir sözlə, məhz bizim nəsil Gutenberq dövründən sonra media sahəsinin ən radikal dəyişikliklərə məruz qalmasının şahididir.

Söhbər artıq qeyd etdiyim kimi informasiya mübadiləsinin vasitələri və üsullarından gedir.

Vaxtı ilə kağız bu sahədə inqilabi bir kəşf sayılırdı...

Lakin bugün, ola bilsin ki, məhz bizim nəsil kağızla (və kağız mətbuatı) ilə vidalaşmalı olacaq.

Lakin bu keçid də ağıllı və təmkinli şəkildə baş verməlidir ki, faciə halına çevrilməsin.

Tezis #4

Bu gün hər birimiz artıq uzun mətnlərin oxumasında çətinlik çəkirik.

İnternet vasitəsi ilə bizə hədəflənən kontent həcmi o qədər böyükdür ki, bu digər media kanallarının yerini almaqdadır. Artıq kitab, jurnal və hətta bəzən TVyə belə vaxt qalmır.

Elmi araşdırmalar bunu təsdiqləyir:

Misal üçün İngiltərədə aparılan bir araşdırma onu göstərdi ki, tələbələrin 67 faizi uzun məqalələri yalnız sürətli şəkildə nəzərdən keçirir və yalnız ilk bəndi diqqətlə oxuyur. Bəzilər linkləri yaddaşda saxlayır ki, gələcəkdə onları daha diqqətlə oxusun. Amma bunu etmir.

Bəzi tədqiqatçılar dəyişikliklərin yalnız düşünmə tərzində deyil, hətta fiziki səviyyədə göründüyünü qeyd edirlər.

Carnegie Fondunun eksperti Vasily Gatov bu barədə belə bir fikir söyləmişdi: Müasir insanların xırda motorika bacarıqları əhəmiyyətli dərəcədə inkişaf etmişdir. Bunun bir nümünəsi kimi o yeni nəsilin baş barmağının uzanmasını qeyd edir.

Bunun səbəbin smartfonlarımızın ekranları ilə əlaqəli olduğunu yəgin ki başa düşdünüz.

Tezis #5

Keçmişdə xəbər və ya analitik kontenti yaratmaq çox bahalı bir məsələ idi. Video kontendən heç danışmıram.

Lakin bugün istənilən şəxs yeni texnologiyalardan istifadə edərək nəyinki maraqlı kontent yarada bilər hətta onu Feysbuk və Tvitter vasitəsilə böyük kütləyə çatdıra bilər.

Keçmişdə model belə idi - "biri deyir, hər kəs dinləyir" indi isə "hər kəs danışır, amma heç kim dinləmir".

Bundan başqa, yerli mətbuat nəyinki yeni oyunçularla (bloqqerlər, vaynerlər və s.) hətta xarici medialarla belə rəqabət aparmaq məcbüriyyətindədir.

Yeni nəsil xarici dillərdə sərbəst danışır. Və buna görə də xarici medialarda ona maraqlı olan kontenti asanlıqla axtarıb tapır. Və nəticədə yerli medialar üçün o qədər də çox vaxt qalmır.

Tezis #6

Lakin bütün bu yeniliklər yalnız medialar qarşısında düran çağırılışlarla kifayətlənmir.

Biz, izləyicilər də çətin vəziyyətin qarşısındayıq: biz bu möhtəşəm məlumat axımının içində bizim üçün maraqlı və faydalı məlumatı necə seçə bilərik?

Xüsusi olaraq bunun üçün nə lazımdır?

Cavabı yəgin ki mənsiz də çox gözəl bilirsiz.

Bizim köməyimizə Google və sosial şəbəkələrin ağıllı (süni olsa da) alqoritmləri gəlir ki, bizim işimiz xeyli asanlaşır.

Bəzən bunun üçün Google’da olduğu müəyyən açar sözlərinin yazmalısı tələb olunur.

Digər hallarda, sosial şəbəkərdəki kimi hətta buna belə ehtiyac yoxdur - YouTube, Facebook və Instagram sizin seçimlərinizi xatırlayaraq, zövqünüzə uyğun məzmunu seçib qarşınıza çıxaracaq.

--
Sonda yenə də sualımı xatırlatmaq istərdim... bütün bunlar nə deməkdir?

Cavab çox sadədir: Dünya sürətlə dəyişir.

Belə ki, yeni tələblərə və standartlara uyğunlaşmağa çalışmasaq, biz ciddi şəkildə geridə qalacayıq.

Keçmişin xəyallarında yaşamaqdansa və inkişafa müqavimət göstərməyin əvəzinə biz yeni bu imkanlardan istifadə edərək irəliyə doğru hərəkət etməliyik.


OXŞAR XƏBƏRLƏR