Sosial şəbəkələrdə 100-dən artıq vətəndaşı aldadıb, 1 milyon manat topladılar - VİDEO

Sosial şəbəkələrdə 100-dən artıq vətəndaşı aldadıb, 1 milyon manat topladılar - VİDEO
SOSİAL
13:52 05.09.2022
647

Sosial şəbəkələrdə kriptovalyuta alqı-satqısı elanları yerləşdirərək insanları aldadan və zərərçəkənlərə 1 milyon manata yaxın maddi ziyan vuran şəxslər saxlanılıblar.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslərin instaqram sosial şəbəkəsində və müxtəlif xəbər portallarında elanlar yerləşdirərək pul qismində yatırım edəcəkləri halda beynəlxalq maliyyə birjalarında ticarət əməliyyatları və kriptovalyuta alqı-satqısı həyata keçirmək yolu ilə külli miqdarda maddi vəsait qazanacaqları adı altında vətəndaşları aldatmaları barədə DİN-ə çoxsaylı müraciətlər daxil olub.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində zərərçəkənlərin etibarından sui-istifadə edərək onları qeyd edilən yolla aldadan Rəşid Bayramov və tanışı Vüqar Əliyev saxlanılıblar.

Müəyyən edilib ki, bu şəxslər instaqram sosial şəbəkəsində "bayramoff_666” və "shahra_mmc” adlı profillər yaradaraq onlara müracət edərək pul göndərən şəxslərə kriptovalyuta alqı-satqısı və beynəlxalq birjalara yatırım etməklə artan xətt üzrə gəlir əldə edəcəkləri barədə yalan vədlər veriblər. Özlərini etibarlı biznes tərəfdarları kimi göstərmək və bu iş vasitəsi ilə külli miqdarda qazanc əldə etməyin mümkünlüyü barədə görüntü yaratmaq məqsədi ilə Rəşid Bayramov və Vüqar Əliyev səhifələrdə müxtəlif şirnikləndirici videolar yerləşdiriblər. Onlar müraciət edən şəxslərin etibarını qazanmaq üçün lüks həyat yaşadıqlarına dair yalançı görüntü belə yaradıblar. Bu yolla 100-dən artıq şəxsin pulunu ələ keçirən hər iki şəxs əslində beynəlxalq birjalarda və kriptovalyuta alqı-satqısında heç bir əməliyyat etməyərək dələduzluq yolu ilə zərərçəkənləri aldadıblar. Rəşid Bayramov və Vüqar Əliyevin bu yolla insanlara 1 milyon manata yaxın ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Rəşid Bayramov və Vüqar Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər", - məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"