Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən və “Makarov” gəzdirən şəxs tutuldu- VİDEO

KRİMİNAL
10:32 21.02.2023
835
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq "Makarov” gəzdirən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Tədbir zamanı paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib. Ondan bir ədəd "Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus bir ədəd daraq aşkar edilib. Vüsal Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. 

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 

 


OXŞAR XƏBƏRLƏR