Sosial şəbəkələrdə görüntüləri yayılan avtoxuliqan həbs edildi

SOSİAL
11:35 26.03.2020
2130
2020-ci il martın 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsində "VAZ 2106" markalı avtomobili idarə edən sürücünün yol hərəkət qaydalarını davamlı şəkildə pozaraq avtoxuliqanlıq etməsini əks etdirən sosial şəbəkələrdə yerləşdirilmiş videogörüntülər Bakı şəhər BPİ-də araşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəyyən edilib ki, həmin gün saat 23 radələrində qəsəbə sakini Faiq Əliyev sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 2106” markalı avtomaşınla avtoxuliqanlıq etdiyinə görə Sabunçu RPİ DYPŞ əməkdaşları tərəfindən saxlanılarkən o və sərnişini, qəsəbə sakini, Cəbiyev Ceyhun polisin qanuni tələblərinə tabe olmayıblar.

Onlar saxlanılaraq Sabunçu RPİ 14-cü PB-yə gətiriliblər.

Toplanmış materiallar əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə sürücü Faiq Əliyev və Ceyhun Cəbiyev İXM-nin müvafiq maddələri ilə inzibati qaydada həbs ediliblər.

Eləcə də feysbuk sosial şəbəkəsində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində "əxlaqsız qadınların və cinsi azlıqların” yığışmasını əks etdirən videoda göstərilən xüsusatlar da araşdırılıb.

Qeyd olunan ərazidə fahişəliklə məşğul olan iki qadın saxlanılaraq barələrində İXM-nin 524.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə hər biri 100 manat məbləğində cərimə olunublar.

Həmçinin, eyni əməllə məşğul olan dörd qadın və cinsi azlığın iki nümayəndəsi də saxlanılaraq tibbi müayinəyə cəlb ediliblər. Onların narkotik vasitələrin təsiri altında olmaları müəyyən edildiyindən barələrində İXM-nin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar Sabunçu Rayon Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:10 27.10.2020

"Ermənistanın PKK silahlılarından istifadə etdikləri barədə məlumatlarımız var"

16:04 27.10.2020

“Yüksəliş” müsabiqəsinin iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar

15:55 27.10.2020

Qarabağ savaşı: 1 aylıq Vətən Müharibəsinin yaratdığı REALLIQLAR

15:37 27.10.2020

Nazirlik “WhatsApp”da yayılan mesajla bağlı xəbərdarlıq etdi

15:31 27.10.2020

"Azərbaycan polisi bu gün çiyinlərində yalnız rütbə deyil, həm də xalqımızın təhlükəsizliyini daşıyır"

15:26 27.10.2020

Səfir: “Çox şadıq ki, Azərbaycanın İranla sərhəd rayonları işğaldan azad olunub”

15:20 27.10.2020

Kamran Əliyev Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

15:17 27.10.2020

İran XİN rəhbərinin müavini Bakı və İrəvana səfər edəcək

15:16 27.10.2020

Ermənistanda real sektor: real çöküş

14:59 27.10.2020

Azərbaycanda bu gün 663 nəfər koronavirusa yoluxdu

14:59 27.10.2020

Ermənistanın rəsmən etiraf etdiyi 1037 itkisinin - ADLARI

14:55 27.10.2020

Rəsmi Yerevan separatçıların Paşinyana məktubunu ermənilərdən gizlədib

14:48 27.10.2020

“Bizi Vətən çağırdı”: Zəfərlə dolu 30 gün... - VİDEO

14:42 27.10.2020

Ermənilər Azərbaycanı dəstəkləyən fransalı deputatı öldürmək istəyir

14:39 27.10.2020

“Azərbaycanda müharibədir, toy edə bilmərik” - Məşhur türk aktrisa

14:34 27.10.2020

“Tariximizin biabırçı səhifəsini yaşayırıq” - "Paşinyan dərhal istefa ver"