Sosial şəbəkələrdə insanlara hədə-qorxu gəlirdi - Həbs edildi
SOSİAL
20:09 11.02.2026
238
Sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Qaradağ rayonunda 38 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini və müxtəlif vaxtlarda ondan 800 manatı aldığını bildirib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə müəyyən olunaraq saxlanılıb.