Ötən həftə Facebook sosial şəbəkəsinin ulduzlar sektorunda nə ilə yadda qalıb?
“Azərbaycan qadını” jurnalının rəsmi səhifəsində Azərbaycanda və eləcə də Avropada məşhur olan müğənni İlhamə Qasımovanın Xalid Zeynalov tərəfindən sözügedən jurnal üçün çəkilən fotosu yer alıb.Gözəl qadın və müğənni Aygün Kazımova İnstagram proqramının ən fəal istifadəçilərindən biridir. Məşhur ifaçının şəkilləri sosial şəbəkədə kifayət qədər tez-tez yenilənməkdədir. Sosial şəbəkələrdə əsas ulduzlardan biri də Nura Suridir, o bu günlərdə Dior vizajistlərinin müsabiqəsində iştirak edib, tədbirdən çəkilən fotoları da dərhal şəbəkəyə yükləyib. Fotoda müğənnini televiziyamızın divası Nərgiz Cəlilova, top-stilist Zahid Bəydərov, xalq artistimiz Aygün Kazımova ilə birgə görürük. Top-stilist, Bakının bütün gözəllərinin sevimlisi olan Zahid Bəydərov da İnstagram proqramının böyük pərəstişkarlarındandır.Milli estradamızın divası Aygün Kazımova beynəlxalq layihəsini təqdim etməyə hazırlaşdığı ərəfədə çox yaxşı görünür. KİV-lərin diqqəti vizajistlərin müsabiqəsi əsnasında məhz bu gözəl ulduza yönəlmişdi. Qeyd edək ki, sözügedən tədbirdə ulduz müğənni stilist Anar Ağakişiyev ilə birgə münsiflər heyətində idi.Aygün Kazımovanın fanatları isə onun Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində ulduzun arxiv fotolarını paylaşmağa davam edirlər. “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal bu günlərdə Vaşinqtonda keçirilən tədbirdə iştirak ediblər, fotoşəkillərini isə sosial şəbəkələrdə paylaşıblar.Eldar Qasımov həmçinin Facebook sosial şəbəkəsində Vlad Vetrin onun 1news.az xəbər saytının “İ love you Muslim Magomayev” layihəsi üçün çəkdiyi fotoşəkillərini paylaşıb. Layihənin əsas hissəsinə daxil olmayan fotosunu sosial şəbəkədə paylaşan və Bakının klub musiqi həyatının əsas ulduzlarından biri olan müğənni də Dilarə Kazımovadır.Dilarə Kazımova həmçinin İnstagram proqramının da fəal istifadəçilərindəndir.Əməkdar artist, Qərbdə bənzərsiz vokal ifasına görə Xəzərin sehrli səsi adlandırılan Sevda Ələkbərzadə sosial şəbəkələrdə özünün bu yaxındakı ifasından olan fotoları, həm də motosikletdə çəkdirdiyi şəkli paylaşıb.ATV telekanalının “10lar” proqramının diva aparıcısı Afaq Gəncəli də sosial şəbəkədə paylaşıb.“Missiya “Tələbə”” proqramının ulduz aparıcısı Rüfət Ağayev hər zaman olduğu kimi gözəl qızların – intellektual layihənin aparıcılarından biri Günay Qələndərli və “Arxiv” verilişinin aparıcısı Aysel Babayevanın əhatəsindədir. Space telekanalında “Plus-minus” proqramının aparıcısı, Gün.Az-ın “Ev tapşırığı” layihəsinin qəhrəmanı Günel Hümbətova Facebookda qəlyan çəkən yerdə lentə alınmış fotosunu, eləcə də sevimli ev heyvanı ilə olan şəklini yerləşdirib.“Eurovision 2012” milli seçim mərhələsinin finalçısı müğənni Elton İbrahimov Nurlana Cəfərovanın “Free Zone” verilişində haqqında danışdığı klipi təqdim etməyə hazırlaşır.“Eurovision 2012”-nin iştirakçısı Səbinə Babayeva isə toyundan sonra ilk dəfə Zemfira Adıgözəlovanın Lider kanalındakı “Klip parad” verilişində görsənib.ATV maqazin verilişinin kollektivi eyniadlı nəşriyyat üçün kadrlarını sosial şəbəkədə paylaşdıqları fotosessiyaya çəkilib.“Omnikomo” Music Group şirkətinin piar marketinq direktoru sosial media eksperti Zaur Darabzadə Yaltada iştirak etdiyi konfransdan qayıdıb.“Eurovision 2012” mahnı müsabiqəsinin iştirakçısı Safura Əlizadə xaricdə getdiyi attraksionlardan birində çəkdirdiyi şəkili şəbəkədə yerləşdirib.Futbolçu Nuqza Kvirtiya və model-dizayner İnna İvanova ulduz cütlüyünün şəbəkədə şəkli yerləşdirilib.Fashion "Model School model" agentliyinin rəhbəri Lyubov Qutorova keçən həftə öz ad gününü ailəsi və yaxın dostlarının əhatəsində keçirib.Çəkilişləri “Park Bulvar” ticarət və əyləncə mərkəzində keçirilən Səxavət Nurun “İmza:Mən” verilişinin bu həftəki qonağı televiziyamızın divası Nərgiz Cəlilova olub. Şəkildə Nərgiz Cəlilova “Park Bulvar”-ın piar meneceri Günay Malikqızı və Səxavət Nur ilə birlikdədir. Sosial şəbəkələrin ən aktiv ulduz istifadəçisi İlkin Həsəni Elçin Cəfərovun Caz mərkəzində keçirilən yeni albomunun təqdimat mərasiminin aparıcılığını edib.Xalq artisti Faiq Ağayev isə solo konsertinə keçirilən hazırlıqları davam edir və bu dəfə sosial şəbəkələrdə fotoqraf Səməd İsmayılzadənin çəkdiyi fotosessiyadan olan kadrları yerləşdirib.