Sosial şəbəkələrdə yardım aksiyalarına dəstək olan şirkət mükafatlandırıldı - FOTO

SOSİAL
19:28 26.01.2017
6738

Yanvarın 22 –də Park İNN otelində təşkil olunan İLİN HƏKİMİ nominasiyası üzrə təltifetmə mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə ölkə səhiyyəsinin inkişafında göstərilən müxtəlif xidmətlərə görə nominasiyalar öz sahiblərinə təqdim edilib.

Bir çox xarici və yerli səhiyyə şirkətlərinin, klinika rəhbərlərinin və həkimlərin qatıldığı tədbirdə Azərbaycan səhiyyəsinin inkişafı və yenilikçi müalicələrin təşkilində göstərdiyi xidmətlərə görə "HEALTHIS ASSISTANCE SAĞLIK HİZMETLERİ ASC” şirkəti "İlin ən yaxşı xarici səhiyyə şirkəti" adına layiq görülüb.

Şirkətin rəhbəri Sənan Quliyev mükafatı təqdim edən təşkilatçılara təşəkkürünü bildirərək onlara bu günə kimi müraciət edən xəstələrin Türkiyə başda olmaqla müxtəlif ölkələrdə müalicələrinin yüksək səviyyədə həyata keçirildiyini söyləyib:

"Şirkətimizə müraicət edən xəstələr Türkiyəyə gəldikləri an tərəfimizdən qarşılanır və onların qonaqlanması üçün lazımi işlər görülür. Xəstəxanalar və bu xəstəxanalarda çalışan təcrübəli həkimlərlə xəstəmizi tanış edib, onların yalnız öz müalicələr ilə məşğul olmaları üçün çalışırıq. Qalan bütün xidmətlər tərəfimizdən həyata keçirilir. Bu günə kimə sosial şəbəkələrdə yardım aksiyaları təşkil edilib ki, bu aksiyalarda da biz öz növbəmizdə köməkliyimizi göstərməyə çalışmışıq. Bu cür kampaniyalarda aktiv iştirak etməkdə ən başlıca məqsədimiz Azərbaycan xalqının həmrəyliyinə dəstək olmaq və müalicə üçün imkanı olmayan şəxslərə ümid işığı yandırmaqdır. Bu təşəbbüslərimizi bundan sonra da davam etdirib, insanlar və ən başlıcası insanlıq üçün xidmət göstərəcəyik”.

Qeyd edək ki, şirkətin təşəbbüsü ilə sosial şəbəkələrdə yardım üçün müraciətləri yayımlanan bir çox xəstələrin Türkiyədə müalicəsi üçün koordinasiyalı iş aparılıb. Bunlar arasında leykoz xəstəliyi diaqnozu ilə Türkiyədə müalicə olunan və ölkə gündəmində əsas xəbərlərdən birinə çevrilən "İbrahimə dəstək olaq" (İbrahim Fərhadlı) aksiyası da var. 

 



OXŞAR XƏBƏRLƏR