Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq: Azyaşlılara icazə verilməyəcək

Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olacaq: Azyaşlılara icazə verilməyəcək
SOSİAL
15:34 17.02.2026
486
Türkiyə Ədliyyə naziri Akın Gürlek sosial media hesabları üçün şəxsiyyət vəsiqəsi və mobil telefon təsdiqinin tələb olunacağını bildirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, nazir 2026-cı ildə qüvvəyə minməsi hədəflənən qaydalara əsasən, sosial media hesabları üçün şəxsiyyət və mobil telefon təsdiqinin tələb olunacağını və 15 yaşdan kiçik uşaqların sosial mediaya girişinin qarşısı alınacağı bildirib.

Gürlek mövzu ilə bağlı açıqlamasında deyib: "Sosial media qanunu üzərində işləməyə başladıq və onu 2026-cı ilə qədər qüvvəyə mindirməyi hədəfləyirik. Sosial media hesablarına daxil olmaq üçün həm şəxsiyyət təsdiqi, həm də mobil telefon təsdiqi tələb olunacaq. 15 yaşdan kiçik uşaqların sosial mediaya daxil olmasının qarşısını alacağıq. Bu məsələ ilə bağlı ailələrdən böyük tələbat və tam dəstək var". 
OXŞAR XƏBƏRLƏR