Məşhur özbəkistanlı pianist Lola Astanova istedadı ilə yanaşı gözəlliyi ilə də izləyicilərin diqqətini çəkir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, uşaqlığından bəri piano ifaçısı olan Lola dünyanın bir çox ölkələrində konsertlər verir, eyni zamanda məşhur jurnalların fotomodelliyini edir.
O, izləyicilərinin musiqisindən çox, xarici görünüşünə diqqət etmələrindən narahat olmadığını bildirib.
Astanova "Kimisi musiqiyə önəm verər, kimi isə xarici görünüşə. Bədənim mənim bir parçamdır. Dinləyicilərimin arasında sadəcə vücudumla maraqlanan varsa bu məni narahat etməz” deyə bildirib.
Lolanın fotolarını təqdim edirik: