Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO
Paytaxtda Respublika Hərbi Prokurorluğunun qarşısında avtomobil yanıb.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, prokurorluğun inzibati binasının qarşısında "Dodge" markalı avtomobil qəfil alışaraq yanıb.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
...