Gərgin mübarizədən sonra Avro-2024-ə qatılmağa vəsiqə qazanan Şotlandiya millisi qrupda qalıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bununla da, şotlandiyalılar 4-cü dəfə qrup mərhələsinə düşdüyü Avropa çempionatında eyni aqibəti yaşayıb.
Bundan əvvəl 1992, 1996 və 2020-ci illərdə də şotlandiyalılar qrupda mübarizəni dayandırmışdı.
Xatırladaq ki, eyni hadisə millinin başına Dünya Çempionatında da gəlib.
Belə ki, şotlandiyalılar 8 mundialı (1954, 1958, 1974, 1978, 1982, 1986, 1990, 1998) qrupda qalaraq tərk ediblər.
Məryəm