Şou-biznes əhli “Santa Klaus”un evinə yığışacaq - FOTO

MAQAZİN
14:02 17.12.2014
1541

Azərbaycanın bir çox tanınmış simaları paytaxtımızda ilk dəfə keçirilən "Santa Klausun evi" adlı şouya hazırlaşırlar. AZXEBER.COM-un məlumatına görə, həmin şou dekabrın 20-i saat 13:00-dan yanvarın 5-dək Novxanı ərazisində “AF otel”də olacaq. Həmin şouya tanınmış müğənnilərdən Lalə Məmmədova, Fidan Hacıyeva, Niyam Salami, Elton Hüseynəliyev, Ayan Babakişiyeva, Günel Məhərrəmova, Roza Zərgərli, Samir Piriyev, Günay İbrahimli, aparıcılardan Vüsalə Əlizadə, Cavid Gül, Şəhriyar Əbilov, rəqqasə Fatimə Fətəliyeva, prodüserlər Tolik, Təranə Səmədova və digər tanınmışlar dəvətlidir.

Onu da əlavə edək ki, gecədə Santa klausun qəbul otağında uşaqlarla görüşü, diskoteka, müsabiqələr , sürprizlər və yeni il hədiyyələri verilməsi nəzərdə tutulub.

Onu da əlavə edək ki, məşhurların iştirakı ilə baş tutacaq "Santa Klausun evi" şousu dekabrın 20-dən yanvarın 5-nə qədər saat 10:00-dan 20:00-a qədər davam edəcək. "Santa Klausun evi" şousuna qatılmaq istəyənlər biletləri şəhərin kassalarından və "AF otel"dən əldə edə bilər. Biletin qiyməti 15 manatdır ( 1 yaşa qədər uşaqlar üçün pulsuz).

OXŞAR XƏBƏRLƏR